Şənbə , Aprel 27 2024
azenru
Home / Xəbərlər / Turizmçilərə təşəkkürnamələr təqdim edilib

Turizmçilərə təşəkkürnamələr təqdim edilib

Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbə çaldığı Vətən müharibəsində turizm sənayesinin nümayəndələri yüksək sosial məsuliyyət və nümunəvi vətəndaş mövqeyi sərgiləyərək mütəmadi olaraq cəbhəboyu ərazilərdə əsgər və zabitlərimizə qələbə ruhu verən mənəvi dəstək və yardım kampaniyalarında fəal iştirak ediblər.

Bunları nəzərə alaraq Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən bir sıra turizm agentliklərinin nümayəndələri təşəkkürnamə ilə təltif ediliblər.

Təltif olunanlar arasında Əlləzli Ayxan İlqar oğlu, Əliyeva Aidə Azər qızı, Hüseynova Svetlana Avdil qızı, Əliyev Fərahim Nadir oğlu, Hənifəyev Kənan Bayram oğlu, Qədirov Rəhim Əlimurad oğlu, Quliyev Rəhman Yusif oğlu, Məmmədzadə Ramazan Əhəd oğlu, Mahmudzadə Elnur Himayət oğlu, Musayev Pərviz Xəyyam oğlu, Bağırova Röya Firuddin qızı, Bağırov İbad Şahbaz oğlu, Hüseynov Azər Bulud oğlu və Əliyeva Cəmilə Əlixan qızı yer alıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir