Cümə , May 3 2024
azenru
Home / Tag Archives: Azərbaycan

Tag Archives: Azərbaycan

Prezident: “Qarabağ Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”

“Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. “İndidən beynəlxalq turizm sərgilərində, …

Read More »

Azərbaycana səfər edənlər bunu nəzərə almalıdır

COVID-19 pandemiyası dövründə Azərbaycana səfər edənlər bir sıra qaydalara əməl etməlidir. Nazirlər Kabinetinin təsdiq etdiyi “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə …

Read More »

Aqroturizmin inkişaf etdirilməsi üçün bələdçi kitabı hazırlanıb

Dövlət Turizm Agentliyi ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və turizm yönümlü fəaliyyətlərin birləşməsindən yaranan aqroturizm imkanlarından istifadəni təşviq məqsədilə “Aqroturizm fəaliyyətlərinin təşkili üzrə bələdçi kitabı” hazırlanıb. Kitab aqroturizm fəaliyyətinə başlamaq istəyən və ya artıq bu cür xidmətləri təqdim edən fermer və sahibkara aqroturizm xidmətlərinin göstərilməsi …

Read More »

Turizmçilərə təşəkkürnamələr təqdim edilib

Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbə çaldığı Vətən müharibəsində turizm sənayesinin nümayəndələri yüksək sosial məsuliyyət və nümunəvi vətəndaş mövqeyi sərgiləyərək mütəmadi olaraq cəbhəboyu ərazilərdə əsgər və zabitlərimizə qələbə ruhu verən mənəvi dəstək və yardım kampaniyalarında fəal iştirak ediblər. Bunları nəzərə alaraq Dövlət Turizm …

Read More »

BƏƏ xarici turistlərin ölkəyə giriş qaydalarına dəyişiklik etdi

Birləşmiş Ərəb Əmirlikləri xarici turistlərin əmirliyə giriş qaydalarına yenidən nəzərdən keçirib və koronavirus infeksiyasına görə tətbiq edilən bəzi məhdudiyyətləri 24 dekabr tarixindən ləğv edəcək. Bu barədə Əmirliklərin mətbuat mərkəzi bildirib. Əvvəla, “yaşıl siyahı” dakı ölkələrdən gələn turistlər iki həftə ərzində özünü təcrid etmədən azaddırlar. Söhbət bu ölkələrdən gedir: Avstraliya, Bruney, …

Read More »

Çelyabinskdən Bakıya birbaşa aviareys açılacaq

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb. Bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin (Rosaviasiya) yaydığı xəbərdə deyilir. Bildirilir ki, Agentliyin qərarına əsasən, aviareyslər Çelyabinsk şəhərindən Bakıya həyata keçiriləcək. Bundan başqa, Rosaviasiyanın digər qərarına əsasən, Çelyabinskdən Özbəkistanın Fərqana və Səmərqənd şəhərlərinə də aviauçuşlar həyata keçiriləcək. Bu …

Read More »

Kəlbəcərin gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb

Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Kəlbəcərin gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi feysbuk səhifəsində etdiyi paylaşımla məlumat verib. “Kəlbəcər qədim abidələri, alban irsi, müalicəvi bulaqları, gözəl təbiəti və möhtəşəm relyefi ilə turizmin müxtəlif növlərinin inkişafına imkan verəcək geniş …

Read More »

Azərbaycan və Ukrayna arasında turizm üzrə əməkdaşlıq genişləndiriləcək

Bu haqda dekabrın 18-də turizm sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib. İclasda Azərbaycan və Ukraynanın şəhərləri arasında birbaşa aviauçuşların təşkili, müəyyən şəhərlər və regionlar arasında əməkdaşlığın artırılması, xüsusilə sağlamlıq turizmi üzrə əməkdaşlıq edilməsi, Bakıda ilk Azərbaycan-Ukrayna turizm forumunun …

Read More »

Azərbaycan Turizm Bürosu daxili turizmin təbliğatı ilə bağlı yeni videoçarx hazırlayıb

ATB tərəfindən COVID-19 pandemiyasından sonra turizmin təşviği məqsədilə təbliğat videoçarxı hazırlanıb. Videoçarxın məqsədi daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır. Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və …

Read More »