Şənbə , Aprel 27 2024
azenru
Home / Xəbərlər / Çelyabinskdən Bakıya birbaşa aviareys açılacaq

Çelyabinskdən Bakıya birbaşa aviareys açılacaq

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb.

Bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin (Rosaviasiya) yaydığı xəbərdə deyilir.

Bildirilir ki, Agentliyin qərarına əsasən, aviareyslər Çelyabinsk şəhərindən Bakıya həyata keçiriləcək.

Bundan başqa, Rosaviasiyanın digər qərarına əsasən, Çelyabinskdən Özbəkistanın Fərqana və Səmərqənd şəhərlərinə də aviauçuşlar həyata keçiriləcək. Bu uçuşları “Severnıy veter” aviaşirkəti yerinə yetirəcək.

Qeyd edək ki, hazırda Çelyabinskdən beynəlxalq reyslər həyata keçirilmir. Buna səbəb həmin hava limanının xaricə icazə verilən uçuşlar siyahısına daxil edilməməsidir.

mənbə:report.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir