Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Nəqliyyat / “Alitalia” uçuş cədvəllərini dəyişir

“Alitalia” uçuş cədvəllərini dəyişir

İtaliyanın “Alitalia” aviaşirkəti hökumət tərəfindən koronavirusa görə bir sıra ərazilərə giriş və çıxışların qadağan olunması ilə əlaqədar Milan və Venesiya hava limanlarında uçuş cədvəllərinin dəyişdirildiyini bəyan edib.

Daha əvvəl Baş Nazir Cuzeppe Konte 15 vilayət barədə sərəncam imzalayıb. Sərəncama əsasən bu zonanın daxilinə giriş və çıxış yalnız iş və ya sağlamlıq baxımından məcburiyyət olanda icazə verilir. Məhdudiyyətlər 16 milyondan artıq vətəndaşa şamil edilib.

Aviaşirkət martın 9-dan Milanın “Linate” aeroportunda yalnız daxili reyslər edəcəyini bildirib. Bundan əlavə, Alitalia “Malpens” aeroportunda bütün daxili və beynəlxalq uçuşlar dayandırır.

Bununla belə, aviaşirkət Venesiya və Roma arasında uçuşları davam etdirəcək.

Trend.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir