Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Destinasiyalar / Naxçıvanı tanıyaq və tanıdaq – FOTOREPORTAJ

Naxçıvanı tanıyaq və tanıdaq – FOTOREPORTAJ

Qədim Azərbaycan torpağı Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir.

Yaxın günlərdə Azərbaycandan və dünyanın müxtəlif ölkərlərindən olan turizm şirkətlərinin nümayəndələri bu qədim diyarda bir araya gəlib.

Aprelin 8-10-u tarixlərində “Nəqşicahan Holding”in təşkilatçılığı ilə keçirilən “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində 200-dən çox iştirakçı Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə tanış olub. İki günlük info-tur proqramı çərçivəsində iştirakçılar 5 ulduzlu Duzdağ Otelində yerləşiblər.

Duzdağ otelinin rəhbəri Novruz Novruzov TravelNews.Az-a açıqlamasında bildirib ki, artıq ikinci ildir ki, bu layihə həyata keçirilir.

“Keçən ilə nisbətən həm xarici dövlətlərdən gələn iştirakçılarında, həm də  turizm agentliklərində artım müşahidə olunub. Əgər, keçən il 6 ölkədən 180 nümayəndə var idisə, bu il say 11 ölkədən 202 iştirakçıya, 116 turizm agentliyinə yüksəlib. Azərbaycanlı iştirakçılarla yanaşı İrandan, Türkiyədən, Qazaxıstandan, Səudiyyə Ərəbistandan, Kiprdən, Küveytdən, İraqdan, Tacikistandan  və s. olan nümayəndələr də info-tura qoşulublar.

Qeyd edim ki, bu layihə “Nəqşicahan Holding” rəhbərliyi tərəfindən irəli sürülüb. Bəzi məsələlər vardır ki, onlar Naxçıvan turizminin daha çox inkişaf etməsinin qarşısını alır. Bu məsələlərdən də biri əlavə aviabiletin alınmasıdır. Nəzərə alaq ki, bu istiqamətdə hələ də online bilet satışı yoxdur və biletin alınması əlavə maliyyədən başqa vaxtın da sərf olunmasına gedir. Üç ildən artıqdır bu məsələnin üzərində işlənsə də istədiyimiz nöqtəyə çata bilmirik. Kiçik problemlərə baxmayaraq bayaq da qeyd etdiyim kimi “Nəqşicahan Holding”in rəhbərliyi Naxçıvanı tanıyaq və tanıdaq adlı layihəylə start verdi və bunun ənənə halına salınmasına nail oldu. Biz inanırıq ki, bir neçə il sonra Naxçıvanda yerləşən Biznes mərkəzində də Bakıda keçirilən AITF kimi böyük turizm sərgiləri təşkil edəcəyik. Kadrların azlığı da rastlaşdığımız çətinliklərdəndir. Məlumdur ki, bu məsələlərin hamısnı birdəfəyə tənzimləmək olmaz. İnanırıq ki, zamanla qarşımıza qoyduğumuz məqsədlərin hər birinə çatacayıq”- deyə Novruz Novruzov bildirib.

Şirkət nümayəndələri info-turun ilk günündə Naxçıvan Qalada keçirilən “Kətə festivalı”nda iştirak ediblər.  Festivalda Naxçıvan Muxtar Respublikasının müxtəlif rayonlarının milli adət-ənənələri, mətbəxi, əsasən də kətələri nümayiş olunub, konsert proqramı keçirilib.

Festivaldan sonra iştirkaçılar üçün Nəqşicahan restoranında nahar süfrəsi təşkil olunub.

Günün ikinci yarısında tarixi Əlincəqala (VI-XI əsrlər), Möminə Xatın türbəsi (1186-cı il), Şəhidlər Xiyabanını gəzən iştirakçılarlar günün sonunda 5 ulduzdu Təbriz otelində şam yeməyi zamanı bir araya gəliblər.

Aprel ayının 9-da nümayəndələr əvvəlcə Naxçıvanın yeraltı möcüzəsi – Duzdağ mağarası ilə tanış olub. Bundan sonra Batabat yaylağını gəzən iştirakçılar Ağbulaq istirahət mərkəzində nahar ediblər.

Proqramın davamında iştirakçılara Naxçıvan Dram Teatrında bu regionun turizm potensialı haqqında qısametrajlı film nümayiş etdirilib. Daha sonra layihə iştirakçıları Culfa rayonunda yerləşən müqəddəs Əshabi-Kəhf ziyarətgahına, ardınca Naxçıvan atçılıq mərkəzinə yollanıblar.

Sonda iştirakçılar üçün möhtəşəm Qala gecəsi təşkil olunub.

Qeyd edək ki, TravelNews.Az Turizm Xəbərləri Agentliyi Naxçıvanı tanıyaq və tanıdaq layihəsinin informasiya dəstəkçilərindəndir. Bu layihə çərçivəsində oxucularımıza Muxtar Respublikanın turizm potensialı barəsində silsilə məqalələr  və xəbərlər təqdim olunacaq, Naxçıvana virtual gəzinti təşkil ediləcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir