Bazar , May 5 2024
azenru
Home / Destinasiyalar / Yeraltı dünyanın möcüzəsi – DUZDAĞ MAĞARASI

Yeraltı dünyanın möcüzəsi – DUZDAĞ MAĞARASI

Naxçıvanı tanıyaq və tanıdaq layihəsi çərçivəsində Əshabi-Kəhf ziyarətgahından sonra möcüzəvi “Duzdağ” Fizioterapiya Mərkəzinə  yola düşürük.

Mərkəz Naxçıvan şəhərindən 14 km aralıda, dəniz səviyyəsindən 1173 m hündürlükdə yerləşir. 1979-cu ildən fəaliyyət göstərən məşhur fizioterapiya xəstəxansının bazasında müasir standartlar səviyyəsində yaradılıb. Bronxial astma, allergik infeksion peredastma, xroniki bronxit, allergik rinosinusopatiya, polinozlardan əziyyət çəkən xəstələr “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə olunurlar. Qeyd edək ki, burda xəstələr speleo-terapiya, yəni, mağaranın havası ilə udulan üsulla müalicə olunurlar.

Mərkəzin 324 yerlik beşulduzlu mehmanxanası da fəaliyyət göstərir. Sağlamlıq turizmində böyük rola malik mərkəzə müalicə almaq üçün hər il yüzlərlə insan gəlir. Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, xarici ölkələrdən, o cümlədən Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistandan olan xəstələr də mərkəzə gəlir və şəfa tapırlar.

Bununla yanaşı mərkəzə turist kimi gələnlərin sayı da az deyil. Statistikaya görə 10-15 min turist hər il bu mərkəzi ziyarət edir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir