Cümə axşamı , May 16 2024
azenru
Home / Tədbirlər / Ölkəmiz növbəti beynəlxalq turizm sərgisində təmsil olunur – FOTOLAR

Ölkəmiz növbəti beynəlxalq turizm sərgisində təmsil olunur – FOTOLAR

Azərbaycan turizmi Pekində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur.

TravelNews.Az xəbər verir ki, 16-18 aprel tarixlərində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, Azərbaycan Hava Yolları QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edir.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Tədbirdə ölkəmiz ilə yanaşı, 70-a yaxın ölkə və 550-ə yaxın şirkət təmsil olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir