Şənbə , May 18 2024
azenru
Home / Xəbərlər / “Hilton Baku” ad gününü qeyd edir – 6 YAŞ

“Hilton Baku” ad gününü qeyd edir – 6 YAŞ

Oktyabrın 11-də Azərbaycanda ən tanınmış brendlərdən biri olan “Hilton Baku” 6 yaşını qeyd edəcək.

TravelNews.Az xəbər verir ki, bu əhəmiyyətli günü insanlarla bölüşmək üçün “Hilton Baku” maraqlı və bir sıra xüsusi ad günü təklifləri hazırlayıb. Bütün həftəni, yəni oktyabrın 9-dan 15-dək turistlər bu kampaniyalardan yararlana bilər. “Hilton Baku”nun sosial şəbəkə hesablarında sözügedən təkliflərlə tanış ola bilərsiniz.

Kampaniyalar bununla da bitmir. Bu günlər ərzində Sky Grill restoranında şam yeməyi yeyənlər lotoreyada iştirak etmək şansı qazanacaq. Ayın sonunda seçilən 6 şanslı qalib cəmi 6 AZN ödəyərək oteldə iki nəfərlik gecələmə kuponu əldə edəcək.

Qeyd edək ki, “Hilton Baku” 6 il ərzində yüksək keyfiyyətlə turistlərə xidmət göstərib və Azərbaycana gələn dövlət rəsmilərinin, incəsənət xadimlərinin, musiqiçilərin seçimi olub.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir