Bazar ertəsi , May 20 2024
azenru
Home / Təşkilat və Operatorlar / Bakı Turizm İnformasiya Mərkəzinə yeni tapşırıq

Bakı Turizm İnformasiya Mərkəzinə yeni tapşırıq

Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, onlara praktiki köməkliyin göstərilməsi, metodik təlimatların və tövsiyyələrin hazırlanması məqsədilə fəaliyyətin koordinasiyası və turizm mərkəzlərinə metodik rəhbərliyin həyata keçirilməsi üçün metodiki mərkəz funksiyasının yerinə yetirməsi təyin olunub.

TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə Mərkəz tərəfindən turizm informasiya mərkəzlərinin fəaliyyətinin əsas istiqamətləri üzrə metodiki tövsiyyələr işlənib hazırlanıb. Metodiki tövsiyyələr özündə “Turizm informasiya mərkəzlərinin əsas fəaliyyət istiqamətləri”, “Turizm informasiya mərkəzlərinin yerinin seçimi və bitişik ərazinin təşkili üzrə tövsiyyələr”, “Təşkilati struktur standartları üzrə tövsiyyələr”, “Göstərilən xidmətlərin çeşidinə olan tələblər və tövsiyyələr”, “Məlumat-məsləhət xidmətinin standartlarının işlənib hazırlanması, fiziki qüsurlu insanlara xidmətlərin göstərilməsi üzrə tövsiyyələr”, “Mərkəzlərin otaqları üzrə texniki tələb və tövsiyyələr” və s. bölmələri əks etdirir.

Metodiki tövsiyyələr öz fəaliyyətlərində rəhbər tutmaları üçün müvafiq regional turizm informasiya mərkəzlərinə göndərilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir