Bazar , May 19 2024
azenru
Home / Nəqliyyat / Türk Hava Yolları ilə pulsuz uçmaq imkanı – AZƏR İSMAYIL YAZIR

Türk Hava Yolları ilə pulsuz uçmaq imkanı – AZƏR İSMAYIL YAZIR

TravelNews.Az səyahətçi blogger Azər İsmayılın “Türk Hava Yolları ilə pulsuz uçmaq imkanları haqqında” adlı yazısını izləyiciləri ilə paylaşır.

Qeyd edək ki, bloggererin bu tipli yazılarını azikiss.me blogundan izləyə bilərsiniz.

Türk Hava Yollarında mil qazanıb pulsuz uçmaq imkanı olduqca çoxdur. Bütün mümkün variantları aşağıda sadalayacam. Amma bundan əvvəl gərək THY loyallıq proqramı olan Miles&Smiles-a qoşulasınız. Qoşulmaq üçün link:

https://www4.thy.com/tkmiles/membersignin.tk?lang=en

Qoşulduqdan sonra kartınız ya evinizə gəlir, ya da İstanbul aeroportunda olanda yerində götürə bilərsiniz. Keçək mil qazanmaq qaydalarına. Onlar aşağıdakılardır.


Uçuş

Əgər siz THY ilə deyil, “Star Alliance” üzvü olan  Brussel Airlines, LOT Airlines, Lufthansa, Austrian, United, Air Air Canada, Thai Airlines və s. şirkərlə uçursunuzsa bu zaman sizin mil hesabınıza millər əlavə olunur.

Otel

Hilton Hhonors, Best Western, Kempinski, Radisson, Rixos otellər şəbəkəsində gecələyən qonaqlar mil hesabını asanlıqla artıra bilər. Bundan əlavə olaraq, booking.com saytında Miles&Smiles hesabınız üzərindən otel bronlasanız ödədiyiniz məbləğdən asılı olaraq millər əlavə olunacaq.

Bakcell

Bütün Bakcell abunəçiləri istifadə etdikləri hər 1 manat üçün 3 milə qədər bonus qazana bilərlər. Bunun üçün  www.ulduzum.az/az/traveller-register linkində qeydiyyatdan keçmək lazımdır. Ətraflı: http://ulduzum.az/az/8/newsID/2-uvelicte-kolicestvo-miley-s-bakcell-ulduzum. Mən artıq bir neçə aydır qoşulmuşam və 200 milə yaxın bonus qazanmışam.

Rent a Car

Europcar, Sixt, Hertz şirkətlərində maşın kirayə edənlər hər kirayə üçün 500 mil qazanır.

Tibb xidmətləri

Memorial və Medicana hospitallarında tibbi xidmətlərdən istifadə edənlər 500 mil qazanır.

Əyləncə

İstanbulda yerləşən Vialand əyləncə mərkəzində xərclənən hər 1 TL sizə 6 mil qazandırır. İstanbul Aquarium-da xərclənən hər 1 TL sizə 4 mil qazandırır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir