Bazar ertəsi , May 6 2024
azenru
Home / Təşkilat və Operatorlar / “Qonaq gəlir” – YENİ LAYİHƏ

“Qonaq gəlir” – YENİ LAYİHƏ

Azərbaycanda kənd turizminin inkişafı naminə yeni layihə hazırlanıb.

TravelNews.Az xəbər verir ki, bu haqda layihə rəhbəri Baba Ağayev öz Facebook hesabında paylaşıb. “Qonaq gəlir” adlı layihə müxtəlif rayonlarda, kəndlərdə olan evlərin boş otaqlarını ölkəmizə gələn və regionlara səyahət edən xarici qonaqlara icarəyə vermək məqsədi daşıyır.

Layihənin iş prinsipi isə sadədir. Ev sahibindən əldə edilən evin şəkilləri və məlumatları əsasında detallar www.airbnb.com və bu kimi şəxsi evlərin icarəsi üzrə tanınan Top 10 qlobal platformalara yerləşdirilir. Müraciətçilərlə ünsiyyəti layihə koordinatorları təşkil edi. Razılaşdırılmış ödəniş əsasında kəndlərdə ev sahibləri xarici qonaqlara koordinatorların müşahidəsi əsasında evlərində qalmaq imkanı yaradırlar. Beləliklə boş qalan evlər və ya otaqlar əlavə gəlir mənbəyinə çevrilir.

Layihədən yararlanmaq üçün Facebook sosial şəbəkəsində “Qonaq gəlir” səhifəsini izləyə bilərsiniz.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir