Cümə axşamı , May 2 2024
azenru
Home / Destinasiyalar / AZAL-dan yeni aksiya

AZAL-dan yeni aksiya

“Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan yeni istiqamətlərə – Banqkok və Ciddəyə uçuşlara yeni aksiya barədə elan edib.

TravelNews.Az AZAL-ın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 10-dan 29-a kimi aviabilet aldıqda Bakı-Banqkok-Bakı reyslərinə aviabiletin qiyməti 599 avro, Bakı-Ciddə-Bakı reyslərinə isə 399 avro təşkil edəcək. Qiymətə bütün rüsum və yığımlar daxildir.

Aksiya çərçivəsində uçuş tarixləri 2017-ci il oktyabrın 29-dan 2018-ci il martın 1-ə kimi göstərilib. Sözügedən reyslər komfortlu Boeing-767 (Bakı-Banqkok) və Airbus A320 (Bakı-Ciddə) laynerləri ilə yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-a kimi), eyni zamanda, soyuq və isti yeməklərin tam çeşidi daxildir.

Qeyd edək ki, qış ayları Banqkoku ziyarət etmək üçün ən əlverişli vaxt hesab edilir. Tayland paytaxtına turistik görməli yerləri ziyarət etmək, canlı gecə həyatı və hər zövqə uyğun əyləncə üçün üçün getməyə dəyər. Tayland mətbəxi bir çox turistin Banqkok səfəri üçün daha bir səbəbidir. Ekzotik, qeyri-adi və sərfəli Tayland yeməkləri ən tələbkar qurmanı belə razı sala bilər.

Qış fəsli həmçinin Səudiyyə Ərəbistanı da səyahət etmək üçün çox uğurlu vaxtdır. Ölkənin qərbində yerləşən Ciddə şəhəri həcc ziyarətinin mərkəzi kimi məşhurdur. Burada XX əsrin sonlarında yaradılmış müasir heykəltəraşlıq abidələri geniş şəkildə təqdim olunur. Şəhər və ətrafında çoxsaylı qum çimərlikləri mövcuddur. Yaxın mərcan riflərində dayvinq burada çox məşhurdur.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir