Bazar , May 5 2024
azenru
Home / Destinasiyalar / Qarabağ FK-nın uğurları idman turizminə marağı artırıb – YENİ TURLAR

Qarabağ FK-nın uğurları idman turizminə marağı artırıb – YENİ TURLAR

Qarabağ FK-nın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycanda idman turizminə olan marağı artırıb. Bununla əlaqədar bir çox turizm şirkətləri “Qarabağ”ın xarici səfərlərinə turlar təşkil etməyə başlayıb.

TravelNews.Az xəbər verir ki, Turizm.Az şirkətinin təşkil etdiyi turlar isə digərlərindən fərqlənir. Bu turlara həm də “Qarabağ”ın qonaq meydançalarda olan oyunlarına biletlər daxildir. Oktyabrın 30-da Metropolitano stadionunda keçiriləcək oyuna “Qarabağ”a aid fan sektora biletlərin qiymət 50 Avrodan başlayır. Turistlər istəkdən asılı olaraq tur da əldə edə bilər. 480 Avrodan başlayan turlara otel, səhər yeməyi, sığorta, Tbilisidən uçuşla aviabilet, oyun bileti və viza dəstəyi aiddir.

Turizm.Az şirkətinin icraçı direktoru Nəsimi Kərəmovun sözlərinə görə, bu biletlərə insanlar tərəfindən maraq yüksəkdir. “Qarabağın qələbələri idman turizminin inkişafında böyük rol oynayıb. Beləki, bugünə qədər xarici səfərlərdə oynayan komandalarımızın oyunlarına gedənlərin sayı çox az idi. Hazırda həmin say dəfələrlə artıb. Qeyd edim ki, bundan əvvəl də idman turizminə Azərbaycanda maraq var idi. Turistlərimiz daha çox yerli klublarımızın oyunlarına yox, Barselonanın, Real Madridin, Mançester Yunaytedin, Qalatasarayın və s. oyunlarına gedirdilər. Kütləvi səfərlər isə “Qarabağ”ın göstərdiyi nailiyyətlərdən sonra başladı. UEFA-nın qaydalarına görə səfər oyunlarında qonaq komandanın nümayəndələrinin yerli azarkeşlərlə birgə əyləşməsi təhlükəli hesab olunur. Bu səbəbdən də biz “Qarabağ”ın fan sektoruna bilet satışını uyğun gördük və hazırda bu satışı reallaşdırırıq. Hamını da çağırırıq ki, xüsusi ayrılmış yerlərdə əyləşib “Qarabağ”ımıza dəstək olsunlar” – deyə Nəsimi Kərəmov bildirib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir