Cümə , May 10 2024
azenru
Home / Nəqliyyat / AZAL “Dubai Air Show 2017” çərçivəsində daha bir saziş imzalayıb

AZAL “Dubai Air Show 2017” çərçivəsində daha bir saziş imzalayıb

“Rockwell Collins International” şirkəti “Azərbaycan Hava Yolları”nın yeni “Boeing 737 MAX” təyyarələri üçün bort elektronikası, əyləncə sistemləri və kommunikasiya avadanlığının tədarükçüsü seçilib.

TravelNews.Az  xəbər verir ki, müvafiq saziş “Azərbaycan Hava Yolları” QSC-nin Vitse-prezidenti Eldar Hacıyev və “Rockwell Collins International” şirkətinin Baş vitse-prezidenti Kolin Mahoni tərəfindən ən böyük aerokosmik beynəlxalq sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb.

Qeyd edək ki, yeni avadanlıq sərnişinlərə bütün uçuş ərzində simsiz internetə giriş təqdim edəcək, həmçinin təyyarə göyərtəsində multimedia əyləncəsini yeni səviyyəyə qaldıracaq.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir