Cümə , May 17 2024
azenru
Home / Tədbirlər / “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsi – ELAN

“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsi – ELAN

Məqalə müsabiqəsi dövlətin turizm siyasəti sahəsində həyata keçirdiyi tədbirlərin, gördüyü işlərin cəmiyyətdə daha geniş təbliği, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat işlərinin aparılmasına mütəxəssislərin cəlb olunması, elmi tədqiqatların nəticələrinin təqdim edilməsi, habelə “Beynəlxalq davamlı turizm ili”nin elan olunmasına diqqətin artırılması məqsədilə keçirilir. Bununla əlaqədar Azərbaycan Turizm və Menecment Universitetində Təşkilat komitəsi yaradılıb və müsabiqənin keçirilməsi ilə bağlı qaydalar təsdiq edilib

 

Müsabiqədə aşağıdakı istiqamətlərdə təqdim edilmiş məqalələrə üstünlük verilir:

-hərtərəfli və dayanıqlı iqtisadi inkişaf;

-sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması;

-təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim  dəyişikliyi;

-mədəni dəyərlər, müxtəliflik və irs;

-qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu.

Müvafiq qaydalara uyğun hazırlanmış məqalələr Təşkilat komitəsinə 2017-ci ilin 10 mart tarixindən 7 sentyabr tarixinə qədər iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Turizm və Menecment Universitetinə şəxsən təqdim olunmalıdır.

Tələb olunan sənədlər:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. İştirakçının anket forması

Əlaqə məlumatları:

AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 822/23

Azərbaycan Turizm və Menecment Universiteti

Tel: (+994 12) 564 42 33 (daxili 126);

Fax: (+994 12) 564 42 34,

E-mail: [email protected], [email protected]

Əlavə məlumat üçün: www.atmu.edu.az

Əlaqələndirici şəxs: Qahirə Məmmədova

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …