Bazar , May 5 2024
azenru
Home / Tag Archives: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Tag Archives: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şahdağda “Açıq qapılar” günü – AÇIQLAMA

İyun ayının 10-da Şahdağ Qış-Yay Turizm Kompleksində uşaqlar və valideyinləri üçün “açıq qapılar” günü adı altında tədbir keçiriləcək. TravelNews.Az-ın Şahdağ Turizm Mərkəzindən aldığı məlumata görə , “Açıq qapılar” günü Şahdağda 18 iyul – 10 sentyabr tarixləri arasında baş tutacaq uşaqlar üçün yay düşərgəsinin qeyri-rəsmi açılış mərasimidir. Tədbirdə müxtəlif ölkələrin səfirliklərinin, dövlət …

Read More »

İran-Azərbaycan turizm konfransı keçirilib

Tehranda İran və Azərbaycan arasında ilk turizm konfransı keçirilib. TravelNews.Az-ın APA-nın Tehran bürosuna istinadən verdiyi məlumatına görə, konfransda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Tacikistanın İrandakı səfiri Nemətullah İmamzadə, Özbəkistanın səfiri Bahadur Abdullayev, Türkmənistanın səfiri Əhməd Qurbanov və digər rəsmi şəxslər iştirak edib. Azərbaycan səfiri Bünyad Hüseynov …

Read More »

İƏT-in və COMCEC-in 5-ci illik koordinasiya iclası başlayıb

May ayının 23-də Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) milli və işçi qruplar üzrə əlaqələndirici şəxslərinin 5-ci illik koordinasiya iclası öz işinə başlayıb.   TravelNews.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, iclasda Mədəniyyət və Turizm Nazirliyini Turizm şöbəsinin marketinq sektorunun …

Read More »

Bakı Şopinq Festivalına görə bir qrup şəxs mükafatlandırılıb – FOTOLAR

Mayın 24-də “Bulvar Hotel”də Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirilib. TravelNews.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının təşkil olunması istiqamətində görülən işlərdən danışıb. Nazir bildirib ki, Prezident İlham …

Read More »

Nazir Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 30-da Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib. Görüşdə nümayəndəliyin müdiri Seyfullah İlyas rəhbərliyi ilə nümayəndəliyin üzvləri iştirak edib. TravelNews.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə ötən müddət ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türk …

Read More »

Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib – FOTOLAR

Martın 16-da “Four Seasons” hotelində Bakıda təşkil ediləcək Ticarət festivalına (“Shopping festival”) həsr olunmuş mətbuat konfransı keçirilib. Aprelin 10-dan mayın 10-dək ölkəmizdə keçiriləcək Bakı Şopinq Festivalı haqqında məlumat verən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırıb ki, festival dövlət başçısının “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” …

Read More »

Mədəniyyət və Turizm Nazirliyi Moskvada keçirilən “MİTT 2017” beynəlxalq turizm sərgisində təmsil olunur – FOTOLAR

2017-ci ilin 14 – 16 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “MİTT 2017” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak edir. Sərgidə Nazirliklə yanaşı Milli Turizm Təbliğat Bürosu, Şahdağ Turizm Kompleksi, Azərbaycan Hava Yolları, İçərişəhər DTMQ İdarəsi, “Bakı Şəhər Halqası”nın təşkilat komitəsinin nümayəndələri və 40-a yaxın …

Read More »

Novruz bayramı ərəfəsində Azərbaycan Dəmir Yolları QSC gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində  gücləndirilmiş iş rejimində çalışacaq. TravelNews.Az-ın məlumatına görə, Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində,  sərnişin sıxlığının artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd …

Read More »

ATMU tələblələri Türkiyədə fəaliyyət göstərən nüfuzlu otellərdə təcrübə keçəcəklər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+proqramları, o cümlədən müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində 1 semestrlik təhsil imkanından uğurla faydalanıb. Martın 13-də qardaş ölkənin universitetlərində nəzərdə tutulan təhsil müddətini uğurla başa vuran tələbələr Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə …

Read More »

“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsi – ELAN

Məqalə müsabiqəsi dövlətin turizm siyasəti sahəsində həyata keçirdiyi tədbirlərin, gördüyü işlərin cəmiyyətdə daha geniş təbliği, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat işlərinin aparılmasına mütəxəssislərin cəlb olunması, elmi tədqiqatların nəticələrinin təqdim edilməsi, habelə “Beynəlxalq davamlı turizm ili”nin elan olunmasına diqqətin artırılması məqsədilə keçirilir. Bununla əlaqədar …

Read More »