Çərşənbə , May 15 2024
azenru
Home / Nəqliyyat / Novruz bayramı ərəfəsində Azərbaycan Dəmir Yolları QSC gücləndirilmiş iş rejimində çalışacaq

Novruz bayramı ərəfəsində Azərbaycan Dəmir Yolları QSC gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində  gücləndirilmiş iş rejimində çalışacaq.

TravelNews.Az-ın məlumatına görə, Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində,  sərnişin sıxlığının artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …