Çərşənbə axşamı , May 7 2024
azenru
Home / Nəqliyyat / Nazir Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib

Nazir Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 30-da Türk Hava Yollarının Bakı nümayəndəliyini qəbul edib. Görüşdə nümayəndəliyin müdiri Seyfullah İlyas rəhbərliyi ilə nümayəndəliyin üzvləri iştirak edib.

TravelNews.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə ötən müddət ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yolları arasında Azərbaycanın zəngin turizm potensialının tanıdılması istiqamətində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinə toxunularaq, birgə fəaliyyətin daha da genişlənməsi qərara alınıb.

Bundan əlavə 10 aprel – 10 may 2017-ci il tarixinlərində ölkəmizdə ilk dəfə keçiriləcək “Bakı Ticarət Festivalı”na Türk Hava Yollarının tərəfdaşlığı, dünyanın bir sıra ölkələrinin turizm sənayesi və kütləvi informasiya nümayəndələri üçün ölkəmizə tanışıqlıq səfərinin təşkili, eləcə də Malaziya, İndoneziya, Cənubi Koreya və Yaponiyada Azərbaycanın silsilə tanışlıq tədbirlərinin təşkili müzakirə edilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …