Bazar , May 19 2024
azenru
Home / Blog / Avropada ən ucuz 5 şəhər – SİYAHI + FOTOLAR

Avropada ən ucuz 5 şəhər – SİYAHI + FOTOLAR

“Economist Intelligence Unit”  Avropanın ən ucuz şəhərlərinin adlarını açıqlayıb.

Siyahı tərtib olunanda bu şəhərlərdəki ən ucuz hotel, motel və ya hostellərdə sutkalıq yaşama, 3 dəfə yemək, ictimai nəqliyyatdan iki dəfəlik istifadə, hər hansı muzeyin ziyarəti, yerli pivə və ya şərabın 3 porsiyasının qiyməti nəzərə alınıb.

Reytinqə görə, müstəqil səyahət üçün Avropanın ən ucuz şəhəri Bolqarıstanın paytaxtı Sofiyadır. Sofiyada sözügedən parametrlər nəzərə alınmaqla, turistin sutkalıq xərci 20,75 ABŞ dollarıdır.

Siyahıda sutkalıq xərc 26,55 dollar olmaqla, ikinci yerdə Polşanın Krakov şəhəri yer alır.

Üçüncü yerdə isə Rumıniyanın paytaxtı Buxarest şəhəridir. 28,30 dollarlıq gündəlik xərclə.

Reytinqin ilk beşliyini Macarıstanın paytaxtı Budapeşt (33,10 dollar) və Türkiyənin İstanbul şəhərləri (35,77 dollar) tamamlayır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir