Çərşənbə , May 15 2024
azenru
Home / Tədbirlər / VII İstanbul Şopinq Festivalı başa çatıb

VII İstanbul Şopinq Festivalı başa çatıb

Türkiyədə keçirilən VII İstanbul Şopinq Festivalı başa çatıb.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “Design İSF” adı altında fəaliyyət göstərən festivalın bağlanış mərasimi “Venezia” ticarət mərkəzində keçirilib.

Dünyanın bir çox ölkələrindən turistlərin gəldiyi festivalın açılış mərasimini və gedişini Azərbaycanla yanaşı, 13 ölkədən 40-dək mətbuat nümayəndəsi izləyib. Doqquz ticarət mərkəzində qurulan “Design İSF” stendlərində alıcılara bəzək əşyaları, aksesuarlar, mebel dəstləri, kitab, paltarlar, orqanik qida məhsulları təqdim olunub. Festival müddətində alıcılar müxtəlif əyləncəli proqram və konsertləri də izləyə biliblər.

Sonda festivalda iştirak edən ticarət mərkəzləri ilə yanaşı, tədbirə dəstək olan qurumlara, o cümlədən “Türk Hava Yolları”, Türkiyə Səyahət Agentlikləri Birliyi, Türkiyə Otelçilər Birliyi və “Karnaval Media Group”a təşəkkür paketləri təqdim edilib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir