Cümə , May 3 2024
azenru
Home / Təşkilat və Operatorlar / Mədəniyyət və turizm naziri Böyük Britaniyanın səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Böyük Britaniyanın səfiri ilə görüşüb

Dekabrın 13-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Kroftsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Böyük Britaniya arasındakı ikitərəfli əlaqələrdən söhbət açılıb, birgə əməkdaşlığın gələcəkdə də daha fəal istiqamətdə inkişaf etdirilməsi müzakirə olunub.

Nazir Əbülfəs Qarayev ölkələr arasında bütün sahələrdə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əlaqələrin genişləndirilməsindən söz açıb. Bu məqsədlə qarşılıqlı təcrübənin öyrənilməsi, eləcə də turistlərin sayının artırılması istiqamətində yeni layihələrin həyata keçirilməsi təklifləri irəli sürülüb. Nazir ölkəmizin mütəmadi olaraq Londonda keçirilən  “WTM” beynəlxalq turizm sərgilərində iştirakı, bu çərçivədə turizmin inkişafı istiqamətində həyata keçirilən ikitərəfli görüşlər və təqdimatlar haqqında nümayəndə heyətini məlumatlandırıb. Bununla yanaşı, ölkəmizin regionlarının geniş turizm potensialına malik olduğu qeyd olunub, Şahdağ Turizm Mərkəzində yeni mövsümün açılışından bəhs edilib.

Böyük Britaniyanın səfiri xanım Karol Krofts qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib və ikitərəfli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib. Səfir həmçinin, ölkəmizin zəngin mədəniyyət və turizm potensialının olduğunu xüsusilə vurğulayıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir