Cümə axşamı , May 9 2024
azenru
Home / Tədbirlər / Azərbaycanda “Van Shopping Fest”in təqdimatı keçiriləcək

Azərbaycanda “Van Shopping Fest”in təqdimatı keçiriləcək

Gələn il martın 15-dən aprelin 5-dək Van Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Vanda “Van Shopping Fest” keçiriləcək.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva festivalı tanıtmaq üçün Azərbaycana səfər edəcəklərini deyib.

Türkiyənin Kiçik və Orta Həcmli Müəssisələri İnkişafetdirmə və Dəstəkləmə İdarəsinin dəstəyi ilə Azərbaycana 3 günlük səfər planlaşdırdıqlarını deyən N.Takva qeyd edib ki, səfər çərçivəsində Türkiyənin ölkəmizdəki səfirliyini və Azərbaycan Ticarət və Sənaye Palatasını ziyarət edəcəklər. “Əsas məqsədimiz onları “Van Shopping Fest”ə dəvət etməkdir. İran ilə ilk dəfə 2014-ci ildə bu şəkildə əməkdaşlığa başlamışdıq. Budəfəki səfərimiz isə Azərbaycana olacaq”,- deyə Necdet Takva bildirib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir