Çərşənbə axşamı , Aprel 30 2024
azenru
Home / Xəbərlər / “Qafqaz Resort Hotel” öz fəaliyyətini müvəqqəti olaraq dayandırır

“Qafqaz Resort Hotel” öz fəaliyyətini müvəqqəti olaraq dayandırır

Qəbələdə yerləşən “Qafqaz Resort Hotel” öz fəaliyyətini müvəqqəti olaraq dayandırır.

Bu barədə “Gilan Holdinq”dən məlumat verilib.

“Həm azərbaycanlı, həm də xarici qonaqlar tərəfindən ən tanınan və sevilən Qəbələ otellərindən biri olan – “Qafqaz Resort Hotel” yanvar ayında başlayacaq irimiqyaslı təmir planı çərçivəsində bağlanır və may ayında otel yenidən öz qapılarını qonaqlar üçün açacaq”, – məlumatda bildirilir.

“Qafqaz Resort Hotel” 98 lüks nömrədən ibarətdir. Otelin standart, yarılüks, kral otağı, prezident apartamentləri, kral lüks və ailəvi lüks kateqoriyalardan ibarət nömrələri təmirlə əlaqədar müvəqqəti olaraq may ayına kimi qonaqları qəbul etməyəcəkdir.

Holdinqdən bildirilib ki, hoteli əsaslı təmir gözləyir – qarşıda olan təmir işləri bütünlüklə “Qafqaz Resort Hotel”ə şamil olunacaq, bunlar həm eksteryerin həm də interyerin yenilənməsi ilə qonaqlarda uzun illər unudulmaz təəssüratlar yaradacaq.

“Qafqaz Resort Hotel” Qəbələdə ilk beş ulduzlu otel olmaqla 2008-ci ildən fəaliyyət göstərir.

report.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir