Bazar , May 5 2024
azenru
Home / Tədbirlər / Mədəniyyət və Turizm Nazirliyi Moskvada keçirilən “MİTT 2017” beynəlxalq turizm sərgisində təmsil olunur – FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyi Moskvada keçirilən “MİTT 2017” beynəlxalq turizm sərgisində təmsil olunur – FOTOLAR

2017-ci ilin 14 – 16 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “MİTT 2017” beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi iştirak edir.

Sərgidə Nazirliklə yanaşı Milli Turizm Təbliğat Bürosu, Şahdağ Turizm Kompleksi, Azərbaycan Hava Yolları, İçərişəhər DTMQ İdarəsi, “Bakı Şəhər Halqası”nın təşkilat komitəsinin nümayəndələri və 40-a yaxın yerli turizm şirkəti və mehmanxana təmsil olunur.Bu sərgidə Azərbaycanın turizm potensialını özündə əks etdirən 90 kv.m-lik stend hazırlanıb və sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və rus dillərində müxtəlif reklam-çap məhsulları ilə təmin olunub.

Qeyd edək ki, sözügedən sərginin rəsmi açılış mərasiminə həsr olunmuş ziyafətdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Leyla Verdiyeva çıxış edərək qonaqları ölkəmiz adından salamlayıb. Həmçinin ziyafət zamanı Azərbaycanın aparıcı şirə və şərab emalı şirkətləri olan “Az Qranata” və “Aspi Winery” şirkətlərinin istehsal etdikləri içkilər qonaqlara təqdim olunub.

2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri “MİTT” beynəlxalq turizm sərgisində iştirak edir. Adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 200 dən artıq ölkədən 2000-ə yaxın şirkət təmsil olunur.

 

 

Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidməti

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …