Bazar , May 5 2024
azenru
Home / Tag Archives: 2017

Tag Archives: 2017

Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib – FOTOLAR

Martın 16-da “Four Seasons” hotelində Bakıda təşkil ediləcək Ticarət festivalına (“Shopping festival”) həsr olunmuş mətbuat konfransı keçirilib. Aprelin 10-dan mayın 10-dək ölkəmizdə keçiriləcək Bakı Şopinq Festivalı haqqında məlumat verən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev diqqətə çatdırıb ki, festival dövlət başçısının “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” …

Read More »

Heydər Əliyev Beynəlxalq Hava Limanı postsovet məkanında ən yaxşı hava limanı adına layiq görülüb

Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir. TravelNews.Az-ın məlumatına görə, mükafatın təntənəli təqdim olunması mərasimi martın 14-də Amsterdamda keçirilib. “The World Airport Awards” mükafatı …

Read More »

ATMU tələblələri Türkiyədə fəaliyyət göstərən nüfuzlu otellərdə təcrübə keçəcəklər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müxtəlif ixtisaslar üzrə təhsil alan 10 tələbəsi 2015/2016-cı tədris ilində Mövlanə mübadilə, Erasmus+proqramları, o cümlədən müvafiq əməkdaşlıq müqavilələri çərçivəsində Türkiyə universitetlərində 1 semestrlik təhsil imkanından uğurla faydalanıb. Martın 13-də qardaş ölkənin universitetlərində nəzərdə tutulan təhsil müddətini uğurla başa vuran tələbələr Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə …

Read More »

Almanlar Türkiyə ilə müqayisədə Azərbaycanı seçəcək

Martın 12-də sona çatan İTB Berlin turizm sərgisində məşhur alman nəşri “Courier” sorğu keçirib. Sorğuda Almaniya vətəndaşlarından yay tətillərini harada keçirəcəkləri soruşulub. Türkiyənin almanlar üçün ənənəvi tətil ölkəsi olmasına baxmayaraq respondentlərin çoxu bu il ora getməyəcəklərini, səbəbin isə  Almaniya və Türkiyə əlaqələrində olan gərginliklər olduğunu bildiriblər. “Courier” qeyd edib ki, …

Read More »

Dəmiryolu Vağzalında yenilik – FOTOLAR

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün “Sleepbox” quraşdırılıb. TravelNews.az-ın Azvision.az saytına istinadən verdiyi məlumata görə, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub. Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər. “Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların …

Read More »

2016-nın ən çox ziyarət edilən ölkələri – SİYAHI

2016-cı ildə turistlər tərəfindən ən çox səyahət edilən ölkə Amerika Birləşmiş Ştatları (ABŞ) olub. HotelsPro-nun araşdırmasına görə turist axınına görə ABŞ (11.9%) digər ölkələri geridə qoyub. ABŞ-dan sonra gələn ölkələr isə müvafiq olaraq: İtaliya 8% Almaniya 6.1% İngiltərə 5.9% İspaniya 4.9% Araşdırmada ən çox səyahət edilən qitə Avropa qitəsi (58%) …

Read More »

“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsi – ELAN

Məqalə müsabiqəsi dövlətin turizm siyasəti sahəsində həyata keçirdiyi tədbirlərin, gördüyü işlərin cəmiyyətdə daha geniş təbliği, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat işlərinin aparılmasına mütəxəssislərin cəlb olunması, elmi tədqiqatların nəticələrinin təqdim edilməsi, habelə “Beynəlxalq davamlı turizm ili”nin elan olunmasına diqqətin artırılması məqsədilə keçirilir. Bununla əlaqədar …

Read More »

Azərbaycanda 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilir – HESABAT

2016-cı ildə Azərbaycanda 35 mehmanxana tikilib, 25 mehmanxana isə tikilməkdədir. Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında qeyd olunur ki, 2016-cı il ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən turizm müəssisələrinin sayı 544, mehmanxanaların sayı 536, yerləşdirmə vasitələrində yerlərin ümumi sayı isə 38 min olub. Turizm və aidiyyəti sahələr üzrə çalışanların sayı …

Read More »

Azərbaycanlı nazir Berlində Dünya Turizm Təşkilatının İpək Yolu Nazirlərinin görüşündə iştirak edib

8 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Berlində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İpək Yolu Nazirlərinin Görüşündə iştirak edib. Nazirliyin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbiri açıq elan edən BMÜTT-nin Baş katibi Taleb Rifai İpək Yolunun tarixi və onun turizmin inkişafı baxımından …

Read More »

Gürcüstan vətəndaşlarına daha bir şad xəbər

Haberrus.com saytının verdiyi xəbərə görə, Gürcüstan vətəndaşları mart ayının 28-dən Avropa Birliyi ölkələrinə vizasız səyahət edə biləcəklər. Gürcüstan Xarici İşlər Nazirliyi açıqlamasında qərarın AB-nin rəsmi jurnalında yer aldığını qeyd edərək bu münasibətlə bütün vətəndaşları təbrik edib. Qeyd edək ki, bu qərara fevralın 27-də Avropa Şurası tərəfindən təsdiqlənib.

Read More »