Bazar , May 19 2024
azenru
Home / Nəqliyyat / Dəmiryolu Vağzalında yenilik – FOTOLAR

Dəmiryolu Vağzalında yenilik – FOTOLAR

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün “Sleepbox” quraşdırılıb.

TravelNews.az-ın Azvision.az saytına istinadən verdiyi məlumata görə, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub.

Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər.

“Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Hələlik “Sleepbox”dan istifadənin qiyməti müəyyən edilməyib.


 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …