TravelNews.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.
“Bu yollardan biri Türkiyədə Qarsdan Sədərəyə olan yoldur ki, bunun dəyəri 2-2,5 milyard dollardır. Digər yol isə İran yoludur. Hal-hazırda “Şimal-Cənub” layihəsi həyata keçirilir. Azərbaycan prezidenti bu yolun tikintisi üçün 500 milyon dollar kredit ayrılıb. Yolun qiyməti təxminən 1 milyard dollardır. İran da yolun torpağının alınması ilə bağlı öhdəliyi öz üzərinə götürüb. Tikinti işləri başa çatdıqdan sonra biz Bakıdan Naxçıvana 1450 km dəmiryolunu açmış və birləşdirmiş olacağıq”,- deyə C. Qurbanov əlavə edib.
Şərhlər
şərhlər