Oktyabrın 13-də Bakı Turizm Peşə Məktəbində Azərbaycanda Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, turizm üzrə ekspert Ruslan Quliyev “Turizm agenti” ixtisası üzrə təhsil alan tələbələr üçün seminar keçirib.
TravelNews.Az xəbər verir ki, seminarda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təqdim edilib, sənəddə ölkəmizin turizm sənayesinin gələcək inkişaf istiqamətlərinin öz əksini tapdığı bildirilib. Tədbirdə eyni zamanda yeni “Turizm haqqında” qanun layihəsinin bəzi maddələri haqqında məlumat verilib.
Ruslan Quliyev tələbələrə turizm sənayesində ixtisaslı kadrlara olan tələbat, onların işlə təmin olunması, qarşıya qoyulan hədəflərdən danışıb. Assosiasiya sədri turizm sahəsində baş verən yenilikləri izləməyin vacibliyini qeyd edərək, iştirakçılara bunun üçün saytları mütəmadi olaraq izləməyi tövsiyə edib.
Şərhlər
şərhlər