“Bakı Şopinq Festivalı ürəyimcədir və hər həftəsonu alış-veriş edirəm”. Bunu www.bakushopfest.com saytına açıqlamasında Fransanın Azərbaycandakı səfiri, xanım Orelia Buşez deyib.
Səfir Bakıda belə bir festivalın keçirilməsini “möhtəşəm ideya” adlandırıb: “Həm azərbaycanlılar, həm də turistlər mağazalardan istədikləri hər şeyi tapa bilərlər. Çünki mağazalarda geyimdən tutmuş digər vacib mallara qədər hər şey var”.
Xanım diplomat festival çərçivəsində ölkəyə səfər edən turistlərin sayının artacağına da əmindir: “Azərbaycana kifayət qədər turist gəlir. Bakı Şopinq Festivalı da indiyədək buraya baş çəkməyənlərə Azərbaycana səfər etmək üçün əlavə stimul verəcək. Bakının xüsusi cəlbedici qüvvəsi – müxtəlif dövrlərə təsadüf edən gözəl memarlığı, landşaftı – Xəzərin sahili var. Düşünürəm ki, festivalı bu möhtəşəmliklə birgə əcnəbilərə təqdim etməklə, addım-addım həm şopinqin uğurlu keçməsinə, həm də Bakının tanıdılmasına nail olmaq lazımdır”.
Şərhlər
şərhlər