Məhşur “Təhminə və Zaur” filmindəki Təhminə obrazı ilə Azərbaycanlıların ürəyini fəth edən Meral Konrat Bakıda keçirilən Bakı Şopinq festivalına qatılmağa çalışacaq.
“Vaxt tapanda, tez-tez Bakıya baş çəkirəm, bu şəhəri çox sevirəm. Türkiyə ilə Azərbaycan mənim üçün eynidir” deyən aktrisa festivalın Azərbaycan dövləti tərəfindən keçirilməsini xüsusilə təqdir edir: “Şübhə etmirəm ki, hökumətin dəstəyi ilə keçirilən bu festival ölkə turizmi və iqtisadiyyatına böyük xeyir verəcək”.
Şərhlər
şərhlər