TravelNews.Az

Turizmin təbliği məqsədilə yeni layihəyə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsinə start verilir.

TravelNews.Az xəbər verir ki, layihə çərçivəsində gənclər arasında aktiv turizmin təbliği məqsədilə qoruqlarda turizmin müxtəlif növlərinin (piyada, dağçılıq, atçılıq və s.) inkişafı, yeni turizm marşrutlarının təşkili, turlar üzrə məlumat kitabçalarının hazırlanması, marşrutlar üzrə abadlıq işlərinin aparılması, istiqamət göstəriciləri və məlumat lövhələrin quraşdırılması planlaşdırılır.

Layihənin ilk tədbiri noyabrın 10-da “Çıraqqala” tarixi qoruğunda keçiriləcək.

 

Şərhlər

şərhlər