TravelNews.Az

Mineralnıye Vodı ilə Bakını sürətli qatar birləşdirə bilər

Rusiyanın Şimali Qafqaz məsələləri üzrə Nazirliyi yanında İctimai Şuranın üzvləri yeni Stavropol vilayətinin Mineralnıye Vodı şəhəri ilə Bakını birləşdirəcək yüksəksürətli dəmir yolu əlaqəsinin yaradılmasını təklif edir.

TravelNews.Az APA-a istinadən xəbər verir ki, bu barədə İctimai Şuranın sədri, Strateji təşəbbüslər agentliyinin baş direktoru Ənvər Hacıyev bildirib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi turistləri vaxt itkisindən azad etməkdir. Belə ki, Bakıdan Mineralnıye Vodı şəhərinədək avtomobillə 10 saatdan artıq bir vaxt sərf etməklə çatmaq mümkündür. Yüksəksürətli qatarın işə düşməsi isə bu problemi aradan qaldıracaq. Beləliklə, turist axınının artırılmasına nail olmaq mümkündür.

Ə. Hacıyev bildirib ki, Azərbaycan tərəfi də bu layihəni dəstəkləyir.

Şərhlər

şərhlər