“Bakıda Şopinq Festivalın keçirilməsi “çox yaxşı ideya”dır və bununla Bakını dünyaya tanıtmaq lazımdır”.
Bunu www.bakushopfest.com saytına açıqlamasında “Qarabağ” FK-nın qapıçısı İbrahim Şehiç deyib. Qolkiper bildirib ki, bütün dünyada müxtəlif ölkələr daha çox turist cəlb etməyə çalışır və şopinq festivallar bu baxımdan ən asan və ən yaxşı vasitədir.
Festival çərçivəsində qiymətlərin münasib olduğunu deyən bosniyalı qapıçı ölkəyə daha çox turistin gəlməsi üçün endirim kampaniyalarının daha çox olmasını vacib sayır.
Şərhlər
şərhlər