Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 06.09.2017-ci il 205 saylı əmrinə əsasən Bakı Turizm İnformasiya Mərkəzi digər turizm informasiya mərkəzləri üçün metodiki mərkəz təyin olunub.
Əmrin icrası ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi reklam-təbliğat fəaliyyətinə dair xüsusi tövsiyyələr hazırlayıb və rayon turizm informasiya mərkəzlərinə təqdim edib.
Reklam-təbliğat fəaliyyətinə dair tövsiyyələrin aşağıdakı vasitələrlə aparılması nəzərdə tutulub:
1) Mobil və stasionar informasiya yerləşdirmə vasitələri-(stendlər, bilbordlar, nişanlar, bannerlər, rollaplar və s.) o cümlədən ixtisaslaşdırılmış köşklər;
2) Çap olunmuş turizm nəşrləri-flayer, buklet, bələdçi kitabı, xəritə;
3) Elektron nəşrlər-Turizm İnformasiya Mərkəzləri reklam-təbliğat fəaliyyəti ərzində sosial şəbəkənin (feysbuk, tvitter, instagram) bütün imkanlarından istifadə etməlidir.
Şərhlər
şərhlər