TravelNews.Az

Bu həftə “JW Marriott Absheron Baku” otelində… – KAMPANİYALAR

Müştəriləri “JW Marriott Absheron Baku” otelində bu həftə müxtəlif kampaniya və təkliflər gözləyir.

TravelNews.Az xəbər verir ki, noyabrın 22-də oteldə İtalyan Mətbəxi Həftəsi keçiriləcək. Aşpaz Alessio Pitzalis şam yeməyində 5 təamdan ibarət xüsusi menyu təqdim edəcək. Bir nəfərlik qiymət 65 AZN təşkil edir.

Noyabrın 23-də Şükran bayramı ilə əlaqədar xüsusi şükran şam yeməyini dadmaq üçün Fireworks Urban Kitchen restoranınada ziyafət təşkil olunacaq. Aşpaz Martin Quintana tərəfindən hazırlanan çox ləzzətli bayram təamları sizin zövqünüzü oxşayacaq.  Ziyafətə qoşulmaq üçün 59 AZN-dən keçməli olacaqsınız.

Bundan başqa otel  müştərilərini ardıcıl 5-ci il keçirilən eksklüziv “Black Friday” təklifindən yararlanmağa dəvət edir. Vauçerlərini oktyabrın 20-dən noyabrın 24-dək sifariş edənlərə Absheron Spa-nın istənilən spa prosedurlarına, eləcə də 6 və 12 ay idman üzvlüklərinə 50% endirim təklif olunacaq.

Şərhlər

şərhlər