Noyabrın 23-də Azərbaycan İstiqlal Muzeyində muzeyin, Dövlət Təhlükəsizliyi Xidməti arxivinin və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə siyasi repressiyanın 80 illiyinə həsr olunmuş “Qara dastan – 37” adlı tədbir-sərgi keçiriləcək.
TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgidə yeni eksponatlar – müvəqqəti saxlama yerlərinin qapısı, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivinin sənədləri, muzeyin fondunda saxlanılan müxtəlif əşyalar nümayiş olunacaq.
Sərgidə bu il anadan olmasının 135 illiyi dövlət səviyyəsində qeyd edilən və adı totalitar rejimin repressiya qurbanlarının bütövlüyünün rəmzinə çevrilən Hüseyn Cavidə aid guşə də ziyarətçilərə təqdim ediləcək.
Şərhlər
şərhlər