Noyabrın 18-də SeaBay istirahət mərkəzində “Turizm məktəbləri” layihəsinin təqdimatı keçirilib.
TravelNews.Az xəbər verir ki, tədbirdə 50-ə yaxın turizm şirkətindən, eyni zamanda KİV-dən nümayəndələr iştirak edib. Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Cəmilə Abdullayevanın sözlərinə görə, layihənin əsas məqsədi turizmin inkişafına dəstək olub, yeniliklər gətirməkdir. Tədbirdə turizm nümayəndələrinin də fikirləri dinlənilib və suallara aydınlıq gətirilib. Toplantının sonunda layihənin icrası üçün turizmçilərdən ibarət işçi qrupu yaradılıb.
Qeyd edək ki, tədbir həm də SeaBay istirahət mərkəzinin tanıdılması üçün əhəmiyyat daşıyıb. Mərkəzin baş adminstratoru Seymur Seyaginin sözlərinə görə Şıx qəsəbəsində, Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi yeni fəaliyyətə başlayıb. 700 nəfərlik restoranın həm vip, həm də xüsusi günlər keçirmək üçün otaqları mövcuddur. İstirahət mərkəzinin həyəti Venesiya tipli dizayn olunub. Mərkəzdə uşaqlar üçün əyləncə meydançası da fəaliyyət göstərir. Avropa və Asiya, eyni zamanda yerli təamların hazırlandığı restoranda canlı musiqi proqramları keçirilir.
Şərhlər
şərhlər