Xəbər verdiyimiz kimi Azərbaycan Turizm Assosiasiyası (AZTA) bələdçilər üçün təlim təşkil edəcək.
Təlimdə bələdçilər nəzəri biliklərlə yanaşı həm də təcrübə qazana biləcəklər. Bunu TravelNews.Az saytına açıqlamasında AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
“Təlim rus və azərbaycan dillərində keçiriləcək. Sonda AZTA tərəfindən bələdçilərə sertifikatlar təqdim olunacaq. Beləcə, yalnız azərbaycan dilini bilən bələdçilər məktəblilər, tələbələr, ümumilikdə yerli turistlərlə, xarici dil bilikləri olanlar isə həm də xarici turistlərlə işləyə biləcək. Bələdçilər həftədə 3 dəfə nəzəriyyə ilə tanış olub, həftəsonu öyrəndiklərini təcrübədən keçirmək üçün turlara qatılacaq. Təlimlər şəhərin mərkəzində yerləşən Azərbaycan Turizm Assosasiyasının ofisində keçiriləcək” – deyə Müzəffər Ağakərimov bildirib.
Qeyd edək ki, təlimçilər “Ekskursiya və ekskursiya rəhbəri” kitabının müəllifi Müzəffər Ağakərimov və təcrübəli bələdçi, Ekskursiya bələdəçlilərinin metodik şöbəsinin rəhbəri olmuş Rüfət Yusifov olacaq.
Şərhlər
şərhlər