Bu gün Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub
ATMU-nun Mətbuat xidmətindən TravelNews.Az-a verilən məlumata görə, universitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi anım mərasimini açan rektor İlham Mədətov Ulu öndər Heydər Əliyevin müdrik siyasətindən, tarixi uzaqgörənliyindən, Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsindəki xidmətlərindən bəhs edib. Ümummilli liderin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışan rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
ATMU-nun Xidmət mühəndisliyi fakültəsinin dekan müavini, YAP-ın universitet üzrə yerli təşkilatının sədri Anar Fərmayılov Ulu öndər Heydər Əliyevin hər zaman gənclərə qayğı ilə yanaşdığını, onların problemlərini həll etməyə çalışdığını detallı faktlarla isbatlayıb. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsini ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi olduğunu bildirib. Hər bir gəncin gələcək inkişafında təhsilin önəmli olduğunu deyib.
Dillər kafedrasının müdiri Kəmalə Kərimova çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən bəhs edib, müstəqil Azərbaycanı ümummilli liderin şah əsəri adlandırıb.
Tədbir ATMU tələbələrinin çıxışları və Ümummilli liderə həsr olunan video çarxın nümayişi ilə yekunlaşıb.
Şərhlər
şərhlər