TravelNews.Az

“İlin xidmət ixracatçısı” – Azərbaycan Turizm Assosiasiyasi

Azərbaycan Turizm Assosiasiyasi (AZTA) İtisadiyyat nazirliyinin 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi sahəsində müəyyən edilmiş nominasiyalar üzrə seçilmiş “İlin xidmət ixracatçısı” nominasiyasında təltif olunub.

TravelNews.Az xəbər verir ki, Bakı Biznes Mərkəzində rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və iş adamlarının iştirakı ilə 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə təltif olunan 23 sahibkara və sahibkarlar təşkilatlarının nümayəndələrinə orden və medallar, 2017-ci ildə “Made in Azerbaijan” brendinin təşviqi sahəsində müəyyən edilmiş nominasiyalar üzrə seçilmiş 8 şirkətə İqtisadiyyat Nazirliyi tərəfindən mükafatlar təqdim olunub. 

“Made in Azerbaijan” brendinin təşviqi sahəsində müəyyən edilmiş nominasiyalar üzrə seçilmiş “İlin xidmət ixracatçısı” nominasiyasında Azərbaycan Turizm Assosiasiyasi təltif olunub. Nominasiya üzrə diplomu AZTA-nın sədri Nahid Bağırova Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafaev təqdim edib.

Mükafatın alınmasını şərh edən AZTA sədri Nahid Bağırov qeyd edib ki, bu yüksək mükafat yalnız Azərbaycan Turizm Assosiasiyasıına deyil, AZTA ətrafında birləşən bütün turizm qurumlarının əməyinə verilən qiymətdir.

“Azərbaycanın turizm potensialı dünya bazarında yüksək səviyyədə təqdim olunur. Azərbaycana gələn turistlərin sayının ildən ilə artımı buna sübutdur. Turistlərin məmnunluğu göstərir ki, xidmətin göstəriciləri standartlara uyğundur. Azərbaycanın turizm məhsulu artıq dünyada tanınır və dünya bazarında rəqabət aparmaq imkanlarına malikdir. Azərbaycanın tükənməz turizm potensialı, insanların qonaqpərvərliyi bu imkanları yaradır. Turizmin inkişafına dair strateji yol xəritəsinin qəbulu, Azərbaycanda turizmin inkişafında yeni mərhələdir. Azərbaycan Turizm Assosiasiyası, turizm yol xəritəsində göstərilən hədəfləri həyata keçirilməsi üçün, xüsusən standartlaşma və sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsində bütün imkanlarından istifadə edəcəkdir Aərbaycan Turizm Assosiasiyası 2016- cı ildə yaradılan, Turizm Şurasının işində fəal iştirak edir və turizmin inkişafına aid yeni təkliflər irəli sürür. Verilən mükafat Bizi, Azərbaycan Turizm Assosiasiyası ətrafında birləşən bütün turizm təşkilatlarını və otelləri daha yaxşı işləməyə həvəsləndirir”, – Nahid Bağırov deyib.

Şərhlər

şərhlər