Dekabrın 25-də Milli Turizm Təbliğat Bürosu mətbuat konfransı keçirib.
TravelNews.Az xəbər verir ki, mətbuat konfransı ilin yekunları ilə bağlı hesabat xarakterli olub. Qeyd edək ki, Büro fəaliyyətini bir neçə istiqamət üzrə qurub:
• 2017-ci il 20-26 mart tarixində Bakı şəhərinin Sabir bağında Milli Turizm Təbliğat Bürosu tərəfindən həyata keçirilən Novruz bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 40-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib. Novruz festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb. Tədbir xüsusilə turistlər tərəfindən böyük maraqla qarşılanıb.
• “İslam oyunları” zamanı İslam ölkələrindən xeyli sayda turistin Bakıya gəlməsini nəzərə alaraq İran, İndoneziya, Malayziya, Misir və Türkiyənin ölkəmizdəki səfirlikləri ilə birlikdə Bakının Sabir bağında və Nizami küçəsində hər bir ölkənin ayrı-ayrılıqda mədəniyyət günləri təşkil edilib. Tədbirlərdə çox sayda turist iştirak edib.
• Büro tərəfindən http://azerbaijan.travel/ portalı müasir yeniliklər nəzərə alınmaqla tam əsaslarla yenidən qurulub və istifadəçilərin xidmətinə verilib.
• Bundan başqa Bakı şəhərinin turistik imkanları, tarixi, şəhərdə təşkil edilən tədbirlər və qonaqların öz asudə vaxtlarını səmərəli təşkil edə bilmələri üçün http://salambaku.travel/ səhifəsi hazırlanıb istifadəyə verilmişdir.
• Şəhərimizə səfər etmək istəyində olan turistlərə öz səyahətlərini planlaşdırmağa və səfərlərini özlərinin qurmasına yardım etmək məqsədilə “Do it Yourself” paketlərinin hazırlanması, bu paketlərin vahid elektron bazada toplanması və turizm şirkətlərinin bu sistemə inteqrasiyasının təmin olunması ilə bağlı işlərə başlanıb.
• Bakı şəhərinin və ölkənin turist təqvimi hazırlanıb və www.azerbaijan.travel və www.salambaku.travel səhiflərində yerləşdirilib.
• 8 dekabr 2017-ci il tarixində Kiyev şəhərində Milli Turizm Təbliğat Bürosu tərəfindən təşkil edilmiş “Sizin Azərbaycan – 2018” adlı seminar-təqdimat tədbiri keçirilmişdir. Büro və Azərbaycandan olan turizm firmalarının nümayəndələri Bakı şəhəri və ölkənin turizm imkanları ilə bağlı tədbirə qatılan 20-dən çox Ukrayna turizm şirkətlərinin nümayəndələrinə təqdimatlar etmişlər.
• Büro tərəfindən Bakının ev muzeylərinin təbliğini nəzərdə tutan layihə həyata keçirilir. Layihə çərçivəsində ev muzeyləri (Vaqif Mustafazadənin ev muzeyi, Uzeyir Hacıbəylinin ev muzeyi, Numizmatika muzeyi və Tahir Salahovun ev muzeyi) barədə hazırlanan qısa video çarxlar daha sonra sosial şəbəkələr vasitəsilə təbliğ olunur.
• Bakı şəhərinin 16 hotelində Büro tərəfindən müasir üslubda hazırlanmış məlumatlandırma lövhələri quraşdırılmışdır. Bu lövhələrdə həm məlumatlandırma flayerləri yerləşdirilir, həm də monitorun köməkliyi ilə Bakı şəhəri barədə hazırlanmış videolar nümayiş etdirilir.
• Büro tərəfindən ötən müddət ərzində Çexiya, Slovakiya, İtalya, İsrail, Latviya, Litva və Polşadan olan turizm firmalarının və tur operatorlarının nümayəndələrinin ölkəyə “fam trip”ləri təşkil edilmişdir.
• 12 Sentyabr tarixində İngiltərənin London şəhərində Çelsi-Qarabağ komandaları arasında keçirilən oyun öncəsi şəhərin məşhur “London Eye” kimi tanınan ərazisində fleş-mob təşkil edilmişdir. Analoji aksiya Qarabağ klubunun Atletiko Madrid komandası ilə səfər qarşılaşmasında da Azərbaycan Respublikasının İspaniyadakı səfirliyi ilə birgə həyata keçirilib və futbol oyununa gələn yerli vətəndaşlar və qonaqlara Azərbaycan və Bakı şəhərinin turistik imkanları təqdim edilib.
• 27 Sentyabr Ümumdünya Turizm günü ilə əlaqədar olaraq Milli Turizm Təbliğat Bürosunun əməkdaşları “Sputnik” media şirkətinin təşkil etdiyi və Azərbaycanla yanaşı, Gürcüstan, Belarus, Moldova, Qırğızıstanın turizm nümayəndələrinin iştirak etdiyi telekörpüyə qatılıblar.
• Avqustun 15-dən 20-ə qədər Milli Turizm Təbliğat Bürosu, Çin Hava Yolları ilə Çinin sosial media jurnalistləri və blogerlərinin Azərbaycana səfəri təşkil edilib.
• Çexiyanın velobaykerler qrupunun ZAM layihəsi çərçivəsində Red Bull şirkəti ilə birlikdə yüksək səviyyəli video çəkilişlər aparılıb və sentyabr ayından etibarən müxtəlif sosial şəbəkələrdə paylaşımlar edilib.
• Red Bull şirkətinin yerli ofisinin təşəbbüsü dəstəklənmişdir və dünyaca məşhur avstriyalı velosiped sürücüsi Kenny Bellynin iştirakı ilə Azərbaycanın palçıq vulkanlarını və Qobustan tarixi abidələrini tərənnüm edən video layihə həyata keçirilmişdir.
• Bakıda keçirilən Fashion week moda həftəsinin təşkilinə texniki dəstək göstərilib. Nəticədə dünyaca məşhur Forbes jurnalında Azərbaycanla bağlı iki məqalənin dərcinə nail olunub.
• Ukraynanın ən populyar realiti şoularından olan Зважені та щасливі şousunun finalçıları və çəkiliş qrupu Milli Turizm Təbliğat Bürosunun dəvəti ilə Bakıya səfər edib və yarışın final verilişi Azərbaycanda çəkilmişdir.
• Noyabrın 20-dən 24-dək İsrair şirkətinin dəstəyi ilə Azərbaycanı cəlbedici turistik məkan kimi göstərən “Open Skies” verilişi çəkilmişdir.
• Belarus televiziyası və sosial media resurslarında yerləşdirmək üçün “Vpervie v Baku” adlı verilişin, “Oxota i Ribalka” 30 dəqiqəlik 10 silsilə verilişin və NTV televiziya kanalı üçün Azərbaycan haqqında 1-saatlıq verilişin çəkilişinə texniki dəstək göstərilib. Hazırlanan verilişlər artıq yayınlanıb və xeyli diqqətlə qarşılanıb.
• Bakı şəhərinin brendinin hazırlanması və brendin təşviq edilməsi istiqamətində işlərə başlanılmış və işlərin effektiv icrası üçün bazar araşdırmaları aparılmışdır. Bu istiqamətdə təcrübəsi olan yerli və xarici şirkətlərlə müzakirələr təşkil edilmiş, yerli mütəxəssislər də cəlb olunmaqla işçi qrupu yaradılmışdır. Müzakirələrin yekunu olaraq əldə olunan məlumatlar əsasında Büronun ekspertləri tərəfindən müvafiq qurumlara təqdim olunması üçün təkliflər hazırlanıb və icrası ilə bağlı ayrı-ayrı dövlət qurumları ilə müzakirələrə başlanıb.
• Bakı şəhərinin turist avtobuslarından və bütün turizm məkanlarından (atraksionlardan) qısamüddətli (24-48 saat müddətində) istifadə üçün turist kartlarının (Bakucitycard) hazırlanması istiqamətində müvafiq işlər görülmüşdür.
• Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə şəhərin bir neçə yerində quraşdırılacaq valyuta dəyişmə məntəqələrində ayrıca turizm məlumat köşklərinin fəaliyyətinin qurulmasına Büro tərəfindən dəstək göstərilir.
Şərhlər
şərhlər