TravelNews.Az

İcraiyyə Şurasında sədrlik Azərbaycandan Argentinaya keçib – DTT

Dünya Turizm Təşkilatının İcraiyyə Şurasında (DTT İŞ) sədrliyin 2018-ci ildə Argentinaya keçməsi ilə əlaqədar təntənəli mərasim təşkil olunub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanda turizmin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, bu baxımdan ölkəmizin 2017-ci ildə İcraiyyə Şurasına uğurla sədrlik etdiyini bildirib.

Argentinanın sədrliyinin də turizmin inkişafına töhfəsini verəcəyinə əminliyini ifadə edən səfir Anar Məhərrəmov bu əlamətdar hadisə ilə bağlı təsis edilmiş rəmzi lövhəni Argentinanın turizm naziri Gustavo Santosa təqdim edib.

Diplomat 2017-ci ildə DTT İŞ sədri olan Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səmimi salamlarını və təbriklərini Gustavo Santosa çatdırıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şərhlər

şərhlər