Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin yanvar ayının 30-da saat 11ºº-da Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev parkı, Qalubiyyə küçəsi 1) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Şərhlər
şərhlər