Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində “Fruit Logistica” meyvə-tərəvəz sərgisi öz işinə başlayıb.
TravelNews.Az “APA-Economics”ə istinadən xəbər verir ki, fevralın 9-dək davam edəcək sərgidə dünyanın 80-dan çox ölkəsindən olan 3000-dən çox şirkətin məhsulları nümayiş olunur.
Sərginin Azərbaycana aid pavilyonunda Azərbaycan şirkətlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə sərginin ziyarətçilərinə təqdim edilir.
Qeyd edək ki, “Fruit Logistica” Sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, Sərgidə “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.
Şərhlər
şərhlər