Azərbaycandan Monteneqroya birbaşa reyslər açılacaq.
TravelNews.Az xəbər verir ki, bu ilin iyulun 5-dən sentyabrın 13-ə qədər PASHA Holidays (PASHA Travel-in struktur bölməsi) Tivata şəhərinə çarter reysləri təşkil edəcək. Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.
Tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək.
Qeyd edək ki, Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.
Şərhlər
şərhlər