Bazar ertəsi , May 13 2024
azenru
Home / Destinasiyalar / Azərbaycandan Monteneqroya birbaşa reyslər açılacaq

Azərbaycandan Monteneqroya birbaşa reyslər açılacaq

Azərbaycandan Monteneqroya birbaşa reyslər açılacaq.

TravelNews.Az xəbər verir ki, bu ilin iyulun 5-dən sentyabrın 13-ə qədər PASHA Holidays (PASHA Travel-in struktur bölməsi) Tivata şəhərinə çarter reysləri təşkil edəcək. Avropanın bu turizm regionunun imkanlarının təqdimatı fevralın 8-də JW Marriot Absheron mehmanxanasında saat 18.30-da baş tutacaq.

Tədbirdə Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Təqdimatda Azərbaycanın 300-ə qədər turizm şirkətinin nümayəndəsi iştirak edəcək.

Qeyd edək ki, Monteneqro Azərbaycanla vizasız rejim tətbiq edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir