Martın 2-3-ü tarixlərində “Pullman” otelində “Elit Müştəri Xidməti” (Elite Customer Service) mövzusunda təlim keçiriləcək.
TravelNews.Az xəbər verir ki, Akademi Group təhsil mərkəzi və İsveçrənin HTMI Turizm və Hotel Menecmenti universitetinin dəstəyi ilə Avropadan dəvət olunmuş təlimçilərin iştirak etdiyi tədbir ingilis dilində keçiriləcək. Bunula yanaşı təlimdə kofe və nahar fasiləsi də veriləcək.
Təlimdə kimlər iştirak edə bilər?
• Hotel və turimz sektorunda çalışan professionallar
• Azərbaycan Respublikası Turizm və Menecment universitetinin tələbələri
• Turizm sahəsində təlim keçən mütəxəssislər
• Turizm sahəsinə maraq göstərən şəxslər
Təlimçilərimiz:
• Michele Schuster – F&B Manager & Service Instructor
• Sergei Jezelev – Hospirality Training Manager
• Alan Sorensen International Talent Development & Training Director
Qeyd edək ki, təlimi bitirənlərə İsveçrənin HTMI Hotel and Tourism Management Institute rəsmi sertifikatı veriləcək. Təlim ancaq məhdud sayda iştirakçı üçün nəzərdə tutulub.
Şərhlər
şərhlər