Gözqamaşdıran “Diwali” festivalı bu il də bütün diqqətləri üstünə toplayıb.
“Diwali” festivalı hindlilərin yeni ili ilə üstə üstə düşür. Festivalda yeni başlanğıclar, xeyirin şərə, işığın qaranlığa qalibiyyəti qeyd olunur.
Festival adətən oktyabr-noyabr aylarında baş tutur, dəqiq tarix isə hər il dəyişir.
“Diwali”sözü sanskritcədən tərcümədə “ışıqlı lampa sıraları” deməkdir. Bu bayramda, evlər, mağazalar, ictimai yerlər hamısı balaca lampalarla bəzədilir. Həmçinin fişənglər atılır, insanlar müxtəlif şirniyyatlar hazırlayır və bir birlərini ziyarət edirlər.
Ümumilikdə festival 5 gün davam edir. İlk gün evlər təmizlənir, ikinci gün döşəmələr gil lampalar və müxtəlif dizaynlarla bəzədilir. Üçüncü gün ən əsas gün hesab olunur – ailələr bir yerə toplaşır ziyafət çəkir və dua edirlər. Dördüncü gün, dostlar və ailələr Hindu yeni ilinin ilk gününü birlikdə qeyd edir və bir birlərinə hədiyyələr verirlər. Ən sonuncu gündə isə bacı və qardaşlar bir yerə yığışıb bayramı qeyd edir.
Araşdırmalara əsasən, turistlər də Hindistana əsasən “Diwali” festivalı ərəfəsində səyahət etməyi üstün tutur.
Şərhlər
şərhlər