Cümə axşamı , May 9 2024
azenru
Home / Destinasiyalar / “Diwali” festivalı – Yeni rekord

“Diwali” festivalı – Yeni rekord

Gözqamaşdıran “Diwali” festivalı bu il də bütün diqqətləri üstünə toplayıb.

“Diwali” festivalı hindlilərin yeni ili ilə üstə üstə düşür. Festivalda yeni başlanğıclar, xeyirin şərə, işığın  qaranlığa qalibiyyəti qeyd olunur.

Festival adətən oktyabr-noyabr aylarında baş tutur, dəqiq tarix isə hər il dəyişir.

“Diwali”sözü sanskritcədən tərcümədə “ışıqlı lampa sıraları” deməkdir. Bu bayramda, evlər, mağazalar, ictimai yerlər hamısı balaca lampalarla bəzədilir. Həmçinin fişənglər atılır, insanlar müxtəlif şirniyyatlar hazırlayır və bir birlərini ziyarət edirlər.

Ümumilikdə festival 5 gün davam edir. İlk gün evlər təmizlənir, ikinci gün döşəmələr gil lampalar və müxtəlif dizaynlarla bəzədilir. Üçüncü gün ən əsas gün hesab olunur – ailələr bir yerə toplaşır ziyafət çəkir və dua edirlər. Dördüncü gün, dostlar və ailələr Hindu yeni ilinin ilk gününü birlikdə qeyd edir və bir birlərinə hədiyyələr verirlər. Ən sonuncu gündə isə bacı və qardaşlar bir yerə yığışıb bayramı qeyd edir.

Qeyd edək ki, bu il festivalın 3-cü günü 7 noyabr tarixinə təsadüf edib. Şimali Hindistandakı Ayodhya şəhəri rekord sayda lampa (300.000-dən çox) yandırdığına görə “Ginnesin Rekordlar Kitabı”-na düşüb. Şəhər sakinləri keçən il bu rekordu qırmaq istəsələr də, buna yalnız bu il nail ola biliblər. Maraqlısı odur ki, bayramın bu mərhələsinə vilayətin baş naziriylə yanaşı Şimali Koreyanın birinci xanımı Kim Jung-Sook da qatılıb.

Araşdırmalara əsasən, turistlər də Hindistana əsasən “Diwali” festivalı ərəfəsində səyahət etməyi üstün tutur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir