TravelNews.Az

Azərbaycan Turizm Forumu

Azərbaycan Turizm Forumu Qəbələdə
Azərbaycan Turizm Forumu ilk dəfə 2016-cı ildə keçirilib. 2016-cı ildən bu günə kimi hər il
keçirilir. Forumda ölkənin turizm imkanları, gələcək perspektivlər, müasir texnoloji yenilikləri ölkə
turizminin inkşafına tətbiq etmək, qanunvericilik və ondan irəli gələn məsələlər yerli və xarici
spikelrərin iştirakı ilə müzakirə edilir.
Turizm forumu bütün turizm mütəxəssislərinin və turizmə bir başa və dolayısı ilə bağlı olan
biznes adamlarının görüşdüyü Azərbaycanın yegənə turizm forumudur.
Azərbaycan Turizm Forumu Tourismlab. MMC-nin təşkilatçılığı ilə keçirilir. Qeyd edək ki,
Tourismlab. MMC həmçinin Tourism Students Meetup -ın da təşkilatçısıdır.
Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək. Məqsəd, forumun yuxarıda
qeyd edilmiş məqsədlərini bölgə turizminin üzərində fokuslamaqdır. Həmçinin bölgənin turizm
mütəxəsislərinə də forum vasitəsilə yerli və xarici mütəxəsislərlə görüş imkanının yaradılması
əsas məqsədlərimizdən biridir.
Azərbaycan Turizm Forumu haqqında daha ətraflı məlumat aşağıdakı linkdən əldə edə
bilərsiniz.
Facebook səhifəsi https://www.facebook.com/turizmforumuazerbaycan
Sayt http s ://turizmforumu.az

Şərhlər

şərhlər